Azərbaycanda çalışan baş məşqçi tanınmış kluba təklif olundu

10 İyun 09:20 Sabah 1 427
Azərbaycanda çalışan baş məşqçi tanınmış kluba təklif olundu

"Sabah"ın baş məşqçisi Vasiliy Berezutskiy SSKA-ya təklif olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb.

Rusiyanın təcrübəli məşqçisi Valeriy Nepomnyaşiy "hərbçilər"ə komandanı yaxşı tanıyan birinin başçılıq etməli olduğunu deyib.

O, Berezutski ilə yanaşı Sergey İqnaşeviçin adını çəkib:

"Çox maraqlı olardı ki, "hərbçilər"dən kimsə komandaya başçılıq etsin. Həm İqnaşeviç, həm də Azərbaycanda uğurlu fəliyyət göstərən Vasiliy Berezutski bunu edə bilər".

SSKA Marko Nikoliçlə rəsmən yollarını ayırıb. "Sabah"a başçılıq edən Berezutski Azərbaycandakı ilk mövsümündə ölkı kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti