“Qarabağ”dan 2 qol buraxdı, transfer dəyəri 100 min avro qalxdı

10 İyun 2025 08:40 Sabah 3 784
“Qarabağ”dan 2 qol buraxdı, transfer dəyəri 100 min avro qalxdı

"Sabah"ın qapıçısı Stas Potakilovun transfer dəyəri 100 min avro yüksəlib.

Sportinfo.az xəbər verir ki, Transfermarkt portalının hesablamasına görə, qazaxıstanlı qolkiperin hazırki qiyməti 600 min avrodur.

Buna səbəb Azərbaycan kubokunun finalında "Qarabağ"a qarşı oyunda qazanılan 3:2 hesablı qələbənin rolunun olduğu ehtimal olunur. Pokatilov matçın birinci hissəsində penaltini dəf etməklə yadda qalıb.

Stasın çıxış etdiyi Qazaxıstan yığması bir neçə gün əvvəl yoldaşlıq oyununda Belarus 1:4 hesabı ilə uduzub. Bu görşdən sonra "Sabah"ın qapıçısı millinin düşərgəsini tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA