
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"da səssizlik höküm sürür.
Avrokuboklara digər klublarımızdan erkən start verəcək "tələblər"də gedəcək və qalacaq oyunçular barədə yekun qərar verilməyib.
Heç kollektivin hazırlıq planı da bəlli deyil.
Halbuki müqayisədə daha gec mübarizəyə qoşulacaq "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"da aktivlik hiss olunur. Xüsusilə də son iki klub barədə bunu deyə bilərik.
Masazır klubundakı sakitlik isə heç də səbəbsiz deyil.
Belə ki, baş məşqçi Vasili Berezutski ilə bağlı yekun qərar verilməyib.
Əcnəbi baş məşqçi ilə bağlı tərəddüd davam edir.
Yaxın günlərdə klub rəhbərliyi rusiyalı mütəxəssislə görüşəcək.
Onun burada qalıb-qalmamasına məhz həmin müzakirələrdən sonra aydınlıq gələcək.
Yalnız bundan sonra "Sabah" Avropa Liqasının hazırlıqlarına tam gücü ilə start verə biləcək.
XANOĞLAN / SPORTİNFO.AZ