Bu baş məşqçi Premyer Liqamızı rus klubuna dəyişəcək?

01:10 Sabah 326
Bu baş məşqçi Premyer Liqamızı rus klubuna dəyişəcək?

“Spartak”ın sabiq prezidenti Andrey Çerviçenko “Sabah”ın çalışdırıcısı Vasili Berezutskinin ÇSKA-ya mümkün baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Championat”a danışan Çerviçenko Berezutskini "Zenit"in baş məşqçisi Sergey Semakla müqayisə edib:

"ÇSKA-nın rus məşqçilərlə bağlı problemi var. Sanki rus məşqçilərlə işləmək fikirləri yoxdur.

İqor Osinkin variantı qətiyyən alınmaz. Vasili Berezutskinin təyinatının nə qədər mümkün olduğunu bilmirəm.

Bu, sanki Sergey Semakın "Zenit"i çalışdırması kimi ola bilər. Bunun üçün daha layiqli komanda qurulmalıdır.

Semak elə kluba gəlib ki, baş məşqçisiz də çempionluq qazana bilərlər”.

Vasili Berezutski ötən ilin noyabrında “Sabah”a baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Masazır təmsilçisi ölkə kubokunu qazanıb.

Rusiyalı mütəxəssisin indiki klubunda fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti