Rusiyalı “Qarabağ”ı udandan sonra onu “göyə qaldırdı”: “Afərin!”

8 İyun 2025 19:25 Sabah 2 151
Rusiyalı “Qarabağ”ı udandan sonra onu “göyə qaldırdı”: “Afərin!”

Rusiyalı futbol mütəxəssisi, Vasili Berezutskinin ÇSKA-dakı (Moskva) keçmiş məşqçisi Yuri Adjem Azərbaycan kubokunun finalında “Sabah”ın “Qarabağ”a qalib gəlməsini (3:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Чемпионат” nəşrinə danışan 72 yaşlı məşqçi Vasili Berezutski haqda müsbət fikirlər səsləndirib:

"Berezutskinin adına çox şadam. Onlar finalda "Qarabağ"la oynadılar. “Qarabağ” daim Çempionlar Liqasında iştirak edən möhkəm komandadır.

Vasiliyə afərin düşür. Berezutski futbolçu kimi necə idisə, məşqçi kimi də elə oldu".

Berezutski ötən ilin noyabrından “Sabah”a rəhbərlik başçılıq edir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA