"Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik"

14:25 Sabah 297
"Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik"

"Sabah"ın futbolçusu Xəyal Əliyev "Qarabağ"a qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu (3:2) ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı vinger qarşılaşmanın çətin keçdiyini bildirib:

"Bunu əvvəlcədən bilirdik. Amma yenə də mübarizə apardıq, qələbə qazandıq. Çox sevincliyik.

"Sabah" üçün tarix yazdıq. Qalib gələcəyimizə inanırdıq.

Final matçına çox yaxşı hazırlaşmışdıq. Ancaq bu görüşü düşünürdük".

X.Əliyev Avropa Liqasında yaxşı nəticə qazanmaq istədiklərini söyləyib:

"Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Bunun üçün var gücümüzlə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti