“Sabah”la daha bir illik müqaviləm var, burada xoşbəxtəm”

7 İyun 20:20 Sabah 342
“Sabah”la daha bir illik müqaviləm var, burada xoşbəxtəm”

“Burada xoşbəxtəm, daha bir illik müqaviləm var”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın nigeriyalı legioneri Cesse Sekidika deyib.

29 yaşlı hücumçu digər klublarla danışıqlar aparması xəbərlərini təkzib edib. O, Masazır təmsilçisi ilə avrokubok oyunlarını düşündüyünü bildirib:

“Hazırda yalnız “Sabah”ı düşünürəm. İndi yorğunuq. İstirahətdən sonra işimizə davam edəcəyik. Avrokuboklarda hədəf həmişəki kimi, yüksək olacaq”.

Sekidika Azərbaycan Kubokunun finalında “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion olduqları matç barədə də danışıb:

“Çox maraqlı oyun idi, komandamı təbrik edirəm. İstəyimizdən əl çəkmədik. Əlavə vaxta getdikdən sonra da dayanmadıq, çox xoşbəxtəm.

Bu mövsüm çətin keçdi, amma sonluq bizim üçün yaxşı bitdi”.

Cesse Sekidika 2023-cü ilin yayından “bayquşlar”ın fotrmasını geyinir. O, cari mövsümü 11 qolla bitirib.

Digər Xəbərlər
Xəbər Lenti