
Azərbaycan kubokunu qazanaraq Avropa Liqasına vəsiqə qazanan “Sabah”da heyətlə bağlı dəyişikliklər yaşanacaq.
Baş məşqçi Vasili Berezutski burada qalacağı halda, 3-4 futbolçu ilə yolların ayrılmasını istəyəcək ki, onlardan biri Namiq Ələsgərovdur.
2022-ci ildən “tələbələr”in formasını geyinən 30 yaşlı futbolçu rusiyalı mütəxəssisin gələcək planlarına daxil deyil.
Ələsgərovun əsas heyətdə möhkəmlənməklə bağlı komanda yoldaşlarına uduzması və zədəyə meyilli olması Berezutskinin diqqətindən yayınmayıb.
Maaşı heç də az olmayan “10 nömrə” ilə başa çatan müqaviləni yeniləməkdənsə, onun yerinə daha faydalı oyunçunun gətirilməsində maraqlıdır.
Rusiyalı “Sabah”da qalsa, çox güman, Namiqlə yollar ayrılacaq. Təbii ki, kimsə ona görə xahiş-minnət etməsə.
Səbəbkar başa çatan mövsümdə Premyer Liqada 22 matçda 2 qol və 1 assistlə yadda qalıb. Azərbaycan kubokunda isə 2 oyunda 1 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ