“Eşidəcəksiz” - Azərbaycan klubunda qalmaq istəyirni?

31 May 22:20 Sabah 675
“Eşidəcəksiz” - Azərbaycan klubunda qalmaq istəyirni?

Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

- Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdi. Onların əməyidir. "Sabah"ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm.

- Kuboku qazanmaq postunuzda qalmağınızın təminatıdır?

- Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək.

- Özünüz qalmaq istəyirsiz?

- Eşidəcəksiz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik.

- Siz gəldikdən sonra "Sabah" "Qarabağ"a uduzmur. Kuboku qazanmağınız da göstərdi ki, əbəs yerə deyilmiş. Hansı reseptdir ki, "Qarabağ"a uduzmursuz?

- "Qarabağ" Azərbaycanda dominantlıq edən klubdur. Hansısa qlobal resept yoxdur. Bu, sadəcə, uşaqların əməyidir. Hansısa sirr deyil.

Digər Xəbərlər
Xəbər Lenti