Fikri yalnız “Qarabağ”dadır, sonra... Daha ayrılmaq istəmir?

28 May 00:30 Sabah 1 210
Fikri yalnız “Qarabağ”dadır, sonra... Daha ayrılmaq istəmir?

“Sabah”ın qapıçısı Stas Pokatilovun Azərbaycan klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə müqavilə bu mövsümün sonuna qədərdir.

Onun sözləşməsini uzatmayacağı və ölkəsinə qayıdacağı ilə bağlı məlumatlar da var.

Qazaxıstanın “sports.kz” nəşrinin yaydığı xəbərdə isə bildirlib ki, 32 yaşlı qolkiper hələ ki karyerası ilə bağlı yekun qərar verməyib.

Stasın hazırda bütün diqqətini mayın 31-də “Qarabağ”la Azərbaycan kubokunun final matçına yönəltdiyi və indiki məqamda "Sabah"ı tərk etmək fikrində olmadığı bildirib.

Pokatilov bu ilin yanvarında “Tobol”dan “Sabah”a keçib. O, bu mövsüm Bakı klubunda 18 oyun keçirib, 19 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti