Azərbaycan klubunda baş məşqçi ilə bağlı sürpriz QƏRAR

27 May 2025 22:40 Sabah 5 944
Azərbaycan klubunda baş məşqçi ilə bağlı sürpriz QƏRAR

"Sabah" rəhbərliyi Vasili Berezutiskinin fəaliyyətindən narazıdır.

Həm göstərilən oyun, həm də nəticələr klub rəhbərliyini narahat edir.

Rusiyalı mütəxəssis ötən ilin noyabr ayından "tələblər"in başına keçib.

Arxada qalan müddətdə kollektiv heç cür sabitlik yaxalaya bilməyib.

Bu müddətdə "Sabah" keçirdiyi 21 görüşdə vur-tut 5 qələbə qazanıb.

Düzdü, Masazır təmsilçisi tarixində ilk dəfə ölkə kubokunda finala yüksəlib.

Amma həlledici matçda "Qarabağ"ı məğlub etmək belə əcnəbi çalışdırıcının dadına çatmaya bilər.

Böyük ölçüdə onunla yolların ayrılmasına qərar verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?