Premyer Liqada çox qol buraxır, nə edəcəyik? – NARAHATLIQLARI VAR

21 Mart 19:25 Sabah 1 167
Premyer Liqada çox qol buraxır, nə edəcəyik? – NARAHATLIQLARI VAR

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsinə qoşulub.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası 32 yaşlı qolkiperin yığmaya dönüşü ilə bağlı paylaşım edib.

Yerli federasiya sosial şəbəkədəki paylaşımda Pokatilovdan ötrü darıxdıqlarını yazıb: “Stas milli üçün, biz də onun üçün darıxmışdıq”.

Lakin Qazaxıstan mətbuatı məşqçilər korpusunun Pokatilovun hazırkı durumundan heç də məmnun olmadığını iddia edib.

Bildirilib ki, Stas “Sabah”ın son 4 çempionat matçının hamısında qapısından qol buraxıb ki, bu da onun formada olmadığını göstərir. Ancaq yenə də baş məşqçi Ali Aliyev onun təcrübəsinə güvənir.

Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Uelsin, 25-də isə Lixtenşteynin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!