ÇSKA-nın eks hücumçusu öz xidmətini Azərbaycan klubuna təklif etdi, istənilmədi

27 Fevral 2025 00:40 Sabah 2 698
ÇSKA-nın eks hücumçusu öz xidmətini Azərbaycan klubuna təklif etdi, istənilmədi

Bir müddət əvvəl məşqçilik karyerasına başlayan ÇSKA, “Dinamo” və “Ximki”nin sabiq hücumçusu Kirill Pançenko daha əvvəl “Sabah”da oynamaq şansından danışıb.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına danışan Pançenko fəal futbolçu karyerasını bitirməmişdən əvvəl öz xidmətini “Sabah”a təklif etdiyini deyib:

“Vasili Berezutski məni “Sabah”a dəvət etmişdi? Xeyr, Vasilinin özü ilə ünsiyyət qurmamışdım. Alan Dzaqoyevlə söhbət etmişdim.

Berezutskiyə “Sabah”da futbolçu lazım olub-olmadığını Dzaqoyevdən soruşmuşdum.

Həmin mövqeyə futbolçu lazım olub-olmadığını öyrənirdim. Alan dedi ki, Berezutski lazım olmadığını söyləyib. Başqa söhbət olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?