“Azərbaycan klubunda çox yaxşı macəra keçirdim, görək də, bundan sonra necə olacaq”

26 Fevral 2025 12:40 Sabah 1 708
“Azərbaycan klubunda çox yaxşı macəra keçirdim, görək də, bundan sonra necə olacaq”

"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “narod.hr” portalına danışan xorvatiyalı çalışdırıcı Azərbaycan klubunda keçirdiyi dönəmi xatırlayıb:

"Çox yaxşı macəra idi. Son üç aydır ki, evdəyəm. Görək də, bundan sonra necə olacaq. Mən həmişə yeni çağırışlara açığam".

Renduliç “Sabah”da 1 ildən az işləyib.

51 yaşlı mütəxəssis “İstra”, “Şibenik”, “Qoritsa”, “Jrinski Mostar”da işlədikdən sonra 2024-cü ildə “Sabah”a baş məşqçi təyin edilmişdi. Balkanlı sükançı noyabrda buradan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?