COP29

Premyer Liqa klubunun aylardır yolunu gözlədiyi legionerdən XOŞ XƏBƏR

29 Oktyabr 15:00 Sabah 1 030
Premyer Liqa klubunun aylardır yolunu gözlədiyi legionerdən XOŞ XƏBƏR

Premyer Liqanın 12-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Sabah"da üzlər gülür.

Krunoslav Renduliç uzun müddətdir xidmətindən məhrum olduğu Vinsent Till və Ayaz Quliyevdən xoş xəbər alıb.

Zədədən əziyyət çəkən hər iki futbolçu da bir həftədən artıqdır kollektiv məşqlərə qoşulub.

Özlərini yaxşı hiss edən hər iki oyunçunu qarşıdakı tur meydanda görə bilərik.

Əgər baş məşqçi xidmətlərinə ehtiyac duyarsa.

Bildirək ki, nə Ayaz, nə də Till bu mövsüm debüt etməyib.

Quliyev Konfrans Liqasının təsnifat mərhələsinin "Makkabi" ilə cavab matçında xəsarət almışdı. 27 yaşlı yarımmüdafiəçi çiynindən əməliyyat olunub.

Lüksemburq millisinin üzvü Vinsent Till isə ötən mövsümdən yaşıl meydanlara həsrətdir.

O, 2023-24 mövsümündə "Qarabağ"la 3:3 bitən matçda aldığı zədə səbəbindən oyunu erkən tərk etməli olmuşdu.

24 yaşlı yarımmüdafiəçi dizindəki çarpaz bağlardan əməliyyat olunub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi