"Sabah"ın köməkçi məşqçisi Saşa Sablyak cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin keçirilən iclasında belə qərar qəbul edilib.
Buna səbəb onun Premyer Liqanın 10-cu turunda “Zirə” ilə matçın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitməsi olub. Sablyak həmin vaxt birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsi mütəxəssisin 1 oyun şərti olmaqla 2 oyun cəzalanmasına qərar verib. “Sabah” isə 1000 manat cərimə edilib.
"Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb.