U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyev yeni hücumçuya dəvət göndərib.
Gənc mütəxəssis Nicat Kərimovu komandaya cəlb edib.
1 il öncə İlham Yədullayevin U-15-də sınvağı hücumçu «Sabah»ın formasını geyinir. Dörd ildir Masazır təmsilçisinin akademiyasında çıxış eləyən forvardin tezliklə əsas komandaya kimi yüksələcəyi gözlənilir.
2009-cu il təvəllüdlü yeniyetmənin bir çox xüsusiyyətləri məşqçilərin diqqətini çəkib.
Qol duyumu yüksək olan Nicat mövqe seçimi və uzaq məsafədən zərbə endirmək bacarığıyla əksər həmyaşıdlarından fərqlənir.
O, kimin oğludur, bilirsiz?
«Sabah»ın yetirməsi millinin sabiq hücumçusu, hazırda I Liqada «Karvan»ı çalışdıran Kənan Kərimovun övladıdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN