Kapitan üç həftə oynamayacaq - Nə yığmada, nə klubda

8 Oktyabr 2024 01:20 Sabah 961
Kapitan üç həftə oynamayacaq - Nə yığmada, nə klubda

Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Camalov təkcə milli komandanın qarşıdakı oyunlarını deyil, həm də Premyer Liqanın 10-cu turunun da görüşünü buraxmalı olacaq.

O, Premyer Liqanın 9-cu turunun “Araz-Naxçıvan”la oyunun (1:1) 74-cü dəqiqəsində zədələnərək üç həftəlik sıradan çıxıb.

Camalovun dirsək nahiyəsində sınıq aşkar edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 03:30 Millimiz finala yüksəldi