"Yaxşı oyunlarımızdan birini keçirmədiyimizi düşünürəm"

22 Sentyabr 2024 16:05 Sabah 844
"Yaxşı oyunlarımızdan birini keçirmədiyimizi düşünürəm"

"Sabah"ın yarımmüdafiəçisi İvan Lepiniça Premyer Liqanın 6-cı turunda "Turan Tovuz"la bərabərə qaldıqları (2:2) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, qarşılaşmanı şərh edib:

"Çətin matç oldu. Rəqib çox güclü və yığcam oynadı.

"Turan" intizamlı, yaxşı müdafiə oluna bilən komandadır. Heç də ən yaxşı oyunlarımızdan birini keçirmədiyimizi düşünürəm.

Məncə, daha yaxşısını edə bilərik. Xüsusən də ikinci qolu vurduqdan sonra rəqibə meydanda hərəkət üçün çox yer verdik.

Daha aqressiv olmalı və daha çox hücum etməli və topa daha çox sahib olmalı idik".

Xorvatiyalı legioner meydana qələbə üçün çıxsalar da yekun nəticənin ədalətli olduğunu etiraf edib:

"Oyundan öncə hər birimiz qələbə qazanmaq istəyirdik. Meydana bunun üçün çıxmışdıq.

Amma oyunun gedişatına baxdıqda, məncə, heç-heçənin ədalətli nəticə olduğunu deyə bilərik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”