COP29

İsraildə “Sabah”ın adını eşidincə... - “Biabır olacağıq”

21 İyun 20:40 Sabah 6 238
İsraildə “Sabah”ın adını eşidincə... - “Biabır olacağıq”

Qarşıdan gələn avrokubok mövsümündə ən çətin rəqibin “Sabah”ın bəxtinə düşdüyünü deyə bilərik.

Avrokubok təcrübəsi zəngin olmayan təmsilçimiz bu mənada kifayət qədər üstün görünən Hayfa “Makkabi”si ilə qarşılaşacaq.

Püşkatma mərasimindən sonra israilli futbolsevərlər kifayət qədər xoşbəxt təsir bağışlayırlar.

Klubun sosial media səhifələrinə göz gəzdirəndə, sevimli komandalarının uyğun rəqiblə qarşılaşacağı üçün məmnun olduqlarını görmək mümkündür.

Şərhlərə diqqət edək:

“Sabah”? Hayfaya şaurma gəlir?”

“Mərhələni keçə bilməsək, biabır olacağıq”.

“Əladır. Haydi Hayfa, irəli!”

“Bundan yaxşı püşk? Növbəti komanda hansı olacaq, bilən var?”

“Bunlar Avropada cəmi 4 oyun keçiriblər. Nə istəyirsiniz?”

“İlk oyunun Hayfada keçirilməsi yerinə düşdü. Məsələni burada həll etməliyik”.

“Qrupa düşmək yolunda əla hazırlıq matçları olacaq”.

Komandalar arasında ilk oyun iyulun 25-də Hayfada, cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti