COP29

Bu oyunda bütün şübhələrə son qoyulacaq?

18 May 17:00 Sabah 512
Bu oyunda bütün şübhələrə son qoyulacaq?

Turun ən maraqlı, prinsipial, yekun nəticəsi maraqla gözlənilən oyunu “Bank Respublika Arena”da baş tutacaq.

“Sabah” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Sumqayıt”ı qəbul edəcək.

Turnir cədvəlindəki vəziyyətə nəzər salsaq, “Sumqayıt” 54 xalla 2-ci, “Neftçi” 53 xalla 3-cü, “Zirə”ylə “Sabah” hərəsində 52 xal olmaqla 4-5-ci pillələri bölüşür.

Bu o deməkdir ki, sumqayıtlılar qələbə qazanacağı təqdirdə xallarının sayını 57-yə çatdırmaqla avrokuboklara vəsiqəni təmin edəcək.

“Zirə”nin yarımcan “Kəpəz”lə, “Neftçi”nin son 3 oyunu məğlub başa vuran “Səbail”lə görüşlərdə qələbə şanslarının böyük olduğunu nəzərə alsaq, xal sayları müvafiq olaraq 56 və 55-ə yüksələ bilər. Bu, həm də “Neftçi”nin də yayda avrokuboklarda oynayacağı anlamına gələcək.

Beləliklə, şənbə günü keçiriləcək matçlarda “Sumqayıt”, “Neftçi” və “Zirə”nin 3 xala sevinməsi “Sabah”ın beynəlxalq arenalara yolunu sonuncu turun nəticələrindən asılı olmayaraq avtomatik bağlayacaq.

Hətta 36-cı turda “Zirə”nin məğlub olması, “Sabah”ın qələbə qazanması da heç nəyi dəyişməyəcək. Çünki bu komandaların şəxsi görüşlərində zirəlilərin üstünlüyü var.

“Sumqayıt”, “Neftçi” və “Zirə” bu həftə qalib gələcəyi halda, mayın 25-də baş tutacaq sonuncu turun oyunlarındakı nəticələr yalnız medalçıların adlarına aydınlıq gətirmək baxımından önəm daşıyacaq.

Yox, şənbə günü “tələbələr” “kimyaçılar”ı udsalar, sonuncu turda “qan su yerinə axacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"