Tanınmış simanın Azərbaycan klubundakı taleyi ilə bağlı YENİ DETALLAR

2 İyun 2023 22:20 Sabah 1 011
Tanınmış simanın Azərbaycan klubundakı taleyi ilə bağlı YENİ DETALLAR

"Sabah" Abdulaye Ba ilə yolları ayırmayıb.

Bu barədə yeni məlumatlar əldə etmişik.

Belə ki, müqaviləsi başqa çatan futbolçu ilə Masazır təmsilçisi danışıqları hələ də davam etdirir.

Murad Musayev seneqallı futbolçunu heyətdə görməkdə maraqlıdır.

Uğurlu mövsüm keçirən futbolçuya başqa Azərbaycan klubları da maraq göstərir. Xüsusi ilə "Neftçi"nin aktivliyi diqqət çəkir.

Bu səbəbdən onun hazırkı klubu ilə razılaşacağı, yoxsa klubunu dəyişəcəyi dəqiq deyil.

32 yaşlı futbolçunun istaqram hesabındakı son postunu hər kəs ayrılıq kimi başa düşmüşdü:

"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu.

Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız".

Lakin bu, sadəcə uğurlu mövsüm keçirən komanda yoldaşlarına təşəkkürdən ibarət imiş.

Yəni onun hazırkı klubunda qalmaq ehtimalları yüksək olaraq qalır.

"Sabah" Abdullaye Banı mövsümün əvvəlində transfer etmişdi. Təcrübəli arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol vurub.

Abdulaye Ba vaxtilə “Portu” ilə Portuqaliya çempionu olub, 3 dəfə superkuboku qazanıb, “

Fənərbağça”nın heyətində gümüş medal alıb, “Rayo Vallekano” ilə Sequndada çempionluq sevinci yaşayıb, daha sonra La Liqada çıxış edib, 6 oyunda Seneqal millisinin şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti