“Şaxtyor“ adı dillərdə dolaşan yetirməsini Azərbaycan klubuna verir?

24 May 2023 14:00 Sabah 4 107
“Şaxtyor“ adı dillərdə dolaşan yetirməsini Azərbaycan klubuna verir?

“Onunla bağlı məsələ hələ açıq qalır“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Aleksey Kaşuk daha bir mövsüm “Sabah”ın formasını geyinəcək.

İddia olunur ki, Masazır klubu onun icarəsi ilə bağlı “Şaxtyor”la anlaşıb.

“Sabah” yarımmüdafiəçini birdəfəlik transfer etmək istəsə də, Donetsk təmsilçisinin çox böyük məbləğ tələb etməsi səbəbindən bu, baş tutmayıb.

Eyni zamanda Ukrayna U-21 millisinin üzvünün Avropanın digər ölkələrindən daha sərfəli təklifləri olub. Ancaq o, uğurlu çıxış etdiyi “Sabah”da qalmağı üstün tutub.

E.Həmidov isə xatırladıb ki , ukraynalının icarə müqaviləsi mövsümün sonunda başa çatacaq:

“Əlbəttə, Kaşukun komandada qalmasını istərdik. Ancaq o, müqavilə ilə bizə məxsus deyil.

Klub rəhbərliyi bu məsələ ilə bağlı Kaşukun müqaviləylə məxsus olduğu “Şaxtyor”la daim ünsiyyətdədir.

Bu istiqamətdə hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.

Kaşuk 2022-ci ilin martından Azərbaycan klubunun formasını geyinir. 22 yaşlı vinger bu mövsüm 29 matçda vurduğu 16 qol və etdiyi 11 məhsuldar ötürmə ilə “Sabah”ın Premyer Liqanın gümüş medallarını qazanmasında böyük rol oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti