İbrahimoviç Premyer Liqamızda çalışan baş məşqçiyə formasını göndərdi - FOTO

1 Aprel 2023 16:40 Sabah 2 302
İbrahimoviç Premyer Liqamızda çalışan baş məşqçiyə formasını göndərdi - FOTO

“Sabah”ın baş məşqçisi Murad Musayevyə ölkə xaricindən hədiyyələr gəlib.

Rusiyalı mütəxəssisi rəhbərliyi altında çıxış edən futbolçular sevindirib.

Belə ki, Davit Volkov Gürcüstan millisində çiyin-çiyinə top qovduğu Xviça Kvaratsxeliyanın imzalı formasını Musayev üçün gətirib.

Azərbaycan yığmasının üzvü Aleksey İsayev isə dünya və İsveç futbolunun əfsanələrindən olan Zlatan İbrahimoviçin formasını rusiyalı mütəxəssisə gətirib.

Bu işdə ona İsveç millisinin futbolçusu Viktor Klasson yardımçı olub. 31 yaşlı yarımmüdafiəçi 2017-2022-ci illər aralığında “Krasnodar”ın aparıcı futbolçularından olub ki, orada Murad Musayevin rəhbərliyi altında çıxış edib.

Bu barədə məlumatı 39 yaşlı mütəxəssis şəxsi “instagram” hsabında paylaşaraq Aleksey İsayevə, Davit Volkova və Viktor Klassenə təşəkkür edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti