"Bu transfer xəbərinin haradan çıxması özümüzə də maraqlıdır"

6 Dekabr 2022 13:00 Sabah 686
"Bu transfer xəbərinin haradan çıxması özümüzə də maraqlıdır"

Rusiya mətbuatında İtaliyanın B seriyası təmsilçisi “Venesiya”nın rusiyalı yarımmüdafiəçisi Denis Çerışevin "Sabah"a gedəcəyi barədə xəbərlər yayılıb.

Bu barədə eurostavka.ru saytına azərbaycanlı agentlərdən biri bildirib:

"Bu mövsüm "Sabah"dan geniş ehtiyat heyət tələb edir. Üstəlik, "Sabah bu mövsüm 100 faiz avrokuboklara vəsiqə qazanacaq.

Çerışev kimi oyunçular isə orada qızıla bərabərdir. “Sabah” "Venesiya"da yüksək maaş aldığına görə Çerışevi icarəyə götürə bilər”.

Denis karyerası ərzində "Real", "Sevilya", "Valensiya" və "Vilyarreal"da çıxış edib.

Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında belə bir keçidin gündəmdə olmadığını bildirib:

"Çerışev Rusiyanın ən tanınmış futbolçularından biridir. İndiyədək İspaniyada bir neçə böyük klubun formasını geyinib.

Araşdırmamışam, amma məncə, maliyyə şərtləri də yüksəkdir. Biz onunla heç bir təmas qurmamışıq. Bu xəbərin haradan çıxması özümüzə də maraqlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?