"Siz bunu Azərbaycanda sümüyünüzə qədər hiss edirsiz"

5 Dekabr 2022 09:00 Sabah 422
"Siz bunu Azərbaycanda sümüyünüzə qədər hiss edirsiz"

"Bu, mənə həm həyəcanlı, həm maraqlı, həm də ekzotik təsir bağışladı".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sabah"ın almaniyalı hücumçusu Coy Lens Mikelsə məxsusdur.

Ötən ay Masazır təmsilçisi ilə 1+1 illik yeni müqavilə imzalayan forvard ölkəsinin mətbuatına danışıb. Mikels 2021-ci ilin yayında Azərbaycan klubundan aldığı təklifi dəyərləndirməsinin səbəbini açıqlayıb.

"Öz-özümə düşündüm: peşəkar futbolçu olmaq üçün çox vaxtım yoxdur. Niyə də cəhd etməyim?

Üstəlik, Konfrans Liqasında iştirak etmək imkanınız da var.

Azərbaycan çempionatı çox güclüdür. Liqada klassik müdafiəçilər var. Burada siz hər oyunun fiziki gərginliyini yaşayırsız və bunu sümüyünüzə qədər hiss edirsiz".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!