"Sabah"ın payına düşən – BAYILDAN FOTOREPORTAJ

9 May 2022 02:00 Sabah 635
"Sabah"ın payına düşən – BAYILDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Sabah" səfərdə "Səbail"lə qarşılaşıb.

"ASCO Arena"dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar. Bu, hər iki legionerin paytaxt klubunda ilk qolu olub. 2-ci dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 39-a çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. 15 xalı olan "Səbail" isə "Sumqayıt"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti