Musayev Azərbaycanda çıxış edən ən yaxşı 3 futbolçunun adını çəkdi

27 Yanvar 2022 00:50 Sabah 1 301
Musayev Azərbaycanda çıxış edən ən yaxşı 3 futbolçunun adını çəkdi

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis "Match TV"yə müsahibəsində "Neftçi"dən Emin Mahmudovu, "Qarabağ"dan Abdullah Zubiri və "Zirə"dən Davit Volkovu bəyəndiyini bildirib.

O, "Sabah"ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib:

"Mənim üçün hamısı yaxşıdır. Ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var.

Ramil Şeydayevdə olduğu kimi. O, indi "Qarabağ"dadır. Bundan başqa, Tula “Arsenal”ından Ayaz Quliyev və “Ufa”dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir".

Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"