"Bu komanda daha yüksək pillələrdə qərarlaşmağa qadirdir"

20 Yanvar 2022 09:40 Sabah 790
"Bu komanda daha yüksək pillələrdə qərarlaşmağa qadirdir"

"Toplanışımız yaxşı keçir, burada hazırlıq baxımından hər cür şərait var.

Artıq bu il ilk oyunumuzu da keçirdik. Hamı məşqlərdə var qüvvəsi ilə çalışır.

İnanıram ki, məşqlərdə çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün ikinci yarısındakı oyunlarda görəcəyik".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"ın qış təlim-məşq toplanışını dəyərləndirən Elvin Camalov deyib.

Təcrübəli yarımmüdafiəçi qış fasiləsindən sonra Premyer Liqadakı əsas hədəflərindən də söz açıb:

"Bizim yaxşı komandamız var. Əlbəttə, bu komanda daha yüksək pillələrdə qərarlaşmağa qadirdir.

Mövsümün ikinci yarısında bizim əsas hədəfimiz hər növbəti oyundan maksimum nəticə ilə ayrılmaq üçün var qüvvəmizlə mübarizə aparmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"