
"Ağır oyun oldu, çoxlu emosiyalarımız var".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Anatoli Nuriyev Azərbaycan Kubokunun finalında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.
29 yaşlı yarımmüdafiəçi əla oyuna görə "Qarabağ"a təşəkkür etməyi də unutmayıb:
"Rəqib komandaya da sərgilədiyi oyuna təşəkkür edirik. Ən ağır oyunu ən yaxşıya çevirdik. Ona görə də əla qarşılaşma alındı".