"Neftçi"ni sevindirəcək xəbər - O, OLMAYACAQ

19 Noyabr 2021 22:20 Sabah 1 201
"Neftçi"ni sevindirəcək xəbər - O, OLMAYACAQ

"Sabah" "Neftçi" ilə görüşə ciddi itki ilə çıxacaq.

Belə ki, "Zirə" ilə matçda zədələnən Kristian Sebalyosun durumu hələ də yaxşı deyil. İspaniyalı yarımmüdafiəçinin son çempionla görüşü buraxacağı artıq dəqiqləşib.

29 yaşlı legioner ötən tur "Zirə" ilə qarşılaşmanın 32-ci dəqiqəsində zədələnərək yerini digər ispaniyalı Xuan Kamaraya vermişdi.

Kamaradan söz düşmüşkən sabah o da meydanda olmayacaq. "Zirə" ilə oyunda əvəzlənmədən meydana daxil olan futbolçu 51-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

"Neftçi" - "Sabah" qarşılaşması sabah 18:15-də start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"