“Krasnodar”ın müdafiəçisi və hücumçusu “Sabah” yolunda

16 Noyabr 2021 23:20 Sabah 1 134
“Krasnodar”ın müdafiəçisi və hücumçusu “Sabah” yolunda

“Sabah”ın yeni baş məşqçisi Murad Musayev qış fasiləsində heyətin gücləndirilməsini istəyir.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, 38 yaşlı mütəxəssis maraqlandığı oyunçularla birbaşa özü danışıq aparır.

Musayev sabiq komandası “Krasnodar”ın daha iki oyunçusuna “elçi düşüb”. Bunlar mərkəz müdafiəçisi Aleksandr Çernikov və hücumçu Vladimir İlyindir.

Çernikov məhz Musayevin kəşflərindəndir. Akademiyadan əsas komandaya cəlb edilən 21 yaşlı futbolçu artıq əsas heyət üzvünə çevrilməkdədir.

Onunla müqayisədə İlyinin “Sabah”a keçidi daha real görünür. Paytaxt təmsilçisi yay fasiləsində “Krasnodar”ın “Axmat”dan aldığı, lakin oyunlarda adətən sonradan meydana daxil olan 29 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

Bu oyunçularla bağlı Rusiya klubunun rəhbərliyinin planlarını öyrənmək üçün Murad Musayev özü təmas qurur. Gənc mütəxəssis əlaqələrindən istifadə edərək, həmyerlilərinin keçidinə çalışır.

Çernikovun “Krasnodar”la müqavilə müddəti 2023, İlyinin sözləşməsi isə 2024-cü ilin yayına qədərdir.

“Sabah” “Krasnodar”ın serbiyalı müdafiəçisi Uroş Spayiçlə də maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"