Küsməsin - Şans verdilər, imkan yaratdılar, öhdəsindən gəlmədi

24 Oktyabr 2021 16:00 Sabah 1 096
Küsməsin - Şans verdilər, imkan yaratdılar, öhdəsindən gəlmədi

Əslində, «Sabah» son iki həftədə pis təsir bağışlamamışdı.

Futbolçuların məğlubiyyətdən bezdiyi, artıq utandığı görünürdü.

Bütün bu hadisələrin fonunda Ramin Quliyevin gedişinin komandaya təsiri özünü onsuz keçən ilk oyunda göstərməli idi. Və göstərdi də.

Adətən, baş məşqçi dəyişəndə, düşərgə qaynayır, əhval-ruhiyyə dəyişir, sabaha ümid cücərir. Təbii ki, bu hadisə futbolçuların iradəsindən, istəyindən kənar təsirlərlə yaşanmırsa.

Quliyev o inamı, o istəyi özünə münasibətdə yarada bilməmişdi. 7 oyunluq ilk dövrədə 1 qələbə belə, qazana bilməyən baş məşqçi onlardan incik düşməməli, küsməməlidir.

Şans verdilər, imkan yaratdılar,istifadə etmədi, edə bilmədi. Hər hansı səbəbdən. Bundan sonra danışmağa, danıışmasına dəyməz.

Komanda daxilində nələr olmuşdusa, birini də iş başında dayandığı müddətdə demədi, dilə gətirmədi, yan keçdi. Bəzən nala vurdu, bəzən mıxa vurdu, möhkəm təzyiq qarşısında qalanda isə özünü nişan verdi, «bütün məsuliyyət məndədir» söylədi.

«Sabah»ın futbolçu və maliyyə resursu medallar uğrunda mübarizənin birbaşa iştirakçısı olmağa qadirdir. Birinci dövrədə üst-üstə 3 qol vurmuş kollektivin «Sumqayıt»la qarşılaşmada eyni sayda fərqlənməsi hələ potensialın tam açıılmasıı kimi qəbul edilməməlidir.

Mövcud kontingent hər matçda qazanmağa oynayacaq qədər güclüdür. Daha azlıqda qalan rəqibin qapısına yol tapmaq üçün 1 saat gözləməməlidir.

Oyundan 2 gün əvvəl baş məşqçisi ilə vidalaşan, start fitindən saatlar öncə İqor Ponomaryovu paltardəyişmə otağında görən «ansambl»ın psixoloji dəstəyə daha çox ehtiyacı var.

Köhnə-yeni baş məşqçi əvəzi Ramin Quliyevin ayaqqabılarını geyinməsə, bunun özü kollektivə terapevt resepti olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti