"Keçmişlə yaşamırıq" - Slavikdən "Neftçi"yə mesaj

23 Sentyabr 2021 22:20 Sabah 1 062
"Keçmişlə yaşamırıq" - Slavikdən "Neftçi"yə mesaj

"Zirə" ilə maraqlı oyun alındı. İstərdik ki, qalib gələk ancaq sonda 1 xalla kifayətləndik".

Slavik Alxasov ötən həftəsonu "Sabah"la heç-heçə (1:1) başa çatan oyun haqda Sportinfo.az-a danışarkən deyib.

Təcrübəli müdafiəçi "Neftçi" ilə oyundan öncə komanda daxilindəki vəziyyəti bu cür şərh edib: "Komanda daxilində ab-hava yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyunlarımızda yaxşı nəticə qazanaq".

"Tələbələr"in növbəti rəqibi "Neftçi"dir. Həmin rəqib ki, "Sabah" indiyə qədər 11 oyunda bu komandanı məğlub edə bilməyib. Maraqlıdır, bu fakt komanda üzvlərinə əlavə güc verirmi? Yoxsa, əksinə, psixoloji gərginlik yaradır?

"Qarşıda bizi çətin oyun gözləyir. Rəqib son Azərbaycan çempionu və ölkənin ən köklü klublarından biridi. Keçmişlə yaşamırıq. Əvvəlki oyunlarda istənilən nəticə qeydə alınmış ola bilər. Bizim üçün əsas sabahdı. Biz hər oyuna qələbə üçün çıxırıq. Neftçi ilə matçda da əlimizdən gələni edəcəyik ki, meydandan yaxşı nəticə ilə ayrılaq".

Slavik "Neftçi" ilə matçdan əvvəl azarkeşlərə və futbol ictimaiyyətinə səslənib. "Bizi dəstəkləyənlərə demək istərdim ki, bizə inanmağa davam etsinlər. Yaxşı futbolçulardan ibarət mehriban kollektivimiz var. Sadəcə, mövsümlərarası fasilədə komandada çox dəyişiklik oldu. İndiki heyətin tam formalaşması, yeni futbolçuların bir-birinə uyğunlaşması üçün bir qədər zamana ehtiyacımız var İnanıram ki, komanda tezliklə arzulanan nəticəni göstərəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"