"Qarabağ"ı udub kuboku qazansalar, alacaqları mükafat… Dodaq uçuqladacaq!

31 May 19:00 Sabah 5 610
"Qarabağ"ı udub kuboku qazansalar, alacaqları mükafat… Dodaq uçuqladacaq!

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilir.

Həlledici matçda "Qarabağ" və "Sabah" üz-üzə gəlir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edir.

"Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb. "Sabah" isə indiyədək bu titula sahib çıxa bilməyib.

Masazır klubu kauboku başı üzərinə qaldırarsa, futbolçularına böyük məbləğdə mükafat ödəyəcək. Söhbət 30 min manatdan gedir.

Maraq üçün deyək ki, "Neftçi"ni yarımfinal mərhələsindən uzaqlaşdırmaq "bayquşlar"ın hər bir üzvünü 12 min manat irəli salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti