Azərbaycan yığmasının yarımmüdafiəçisi “Sabah”a xəbər yolladı: “Sizi istəyirəm”

5 İyun 2021 18:00 Sabah 1 741
Azərbaycan yığmasının yarımmüdafiəçisi “Sabah”a xəbər yolladı: “Sizi istəyirəm”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəhim Sadıqov gözlənilməz addım atıb.

“Sumqayıt”ın formasını geyinən orta sahə oyunçusu “Sabah”a öz xidmətini təklif edib.

O, menecerler vasitəsilə Masazır klubuna xəbər göndərərək, “kimyaçılar”la müqaviləsini pozmağa hazır olduğunu və məhz “Sabah”da çıxış etmək istədiyini söyləyib.

Yığma üzvünün “Sumqayıt”dan getməyə sövq edən səbəb Ayxan Abbasovun hələ də klubla yeni müqavilə imzalamamasıdır.

O, baş məşqçi postunda dəyişiklik ehtimalının güclənməsindən narahatdır. Abbasov burada qalarsa, Sadıqov da heç yerə getməyəcək.

Amma bunun baş verməsi çətin görünür. Və belə görünür ki, “Sumqayıt” Konfrans Liqasına başqa mütəxəssisin rəhbərliyi altında hazırlaşacaq.

Ayxan bəy rəhbərliyin yeni şərtlərini qəbul etsəydi, klub indiyə kimi anlaşma barədə açıqlama yayardı. Ötən sezonun başa çatmasından 2 həftəyə yaxın vaxt keçib, hələ bir xəbər, bir yenilik yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti