“Xəzər Lənkəran”ın adı olan yerdə... 10-cu sahib

3 İyun 02:00 Sabah 1 555
“Xəzər Lənkəran”ın adı olan yerdə... 10-cu sahib

“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub.

Sportinfo.az xəbər verir ki, Bakı klubu finalda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən turnirin əvvəlki 32 mövsümündə 9 qalib olmuşdu. Mütləq rekord “Qarabağ”a məxsusdur – 8 dəfə.

“Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”, “Bakı” hərəyə 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” hərəyə 2 kubok qazanıb. “İnşaatçı” (Bakı) və “Şəfa” isə “Sabah” kimi hərəsi bir dəfə kuboku başı üzərinə qaldırıb.

2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.

Digər Xəbərlər
Xəbər Lenti