Azərbaycandan daha bir klub avrokuboklara getməyəcək

11 May 2021 13:40 Sabah 1 422
Azərbaycandan daha bir klub avrokuboklara getməyəcək

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komandanın avrokuboklara vəsiqə ümidi puç olub.

Sportinfo.az xəbər verir ki, “Səbail” və “Qəbələ”dən sonra “Sabah”ın da növbəti mövsüm Avropa arenasında olmayacağı rəsmiləşib.

XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşünün nəticəsi (0:0) “Sabah”ın olan-qalan şansının da üstündən xətt çəkib.

Öz meydanında qolsuz bərabərə qalan 4-cü pillənin sahibi “Zirə” “Sabah”la aradakı xal fərqini 10-a yüksəldib. Bu isə o deməkdir ki, ikincilər son 3 turda qələbə qazansa belə, artıq ilk “dördlüy”ə düşə bilməyəcək.

“Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdiribsə, digər iki yerə “Sumqayıt”, “Zirə” və ölkə kubokunun finalçısı “Keşlə” iddia edir.

Digər Xəbərlər
Xəbər Lenti