“Öləcəyimlə bağlı söz verə bilərəm?” – “Qarabağ”la bağlı suala maraqlı cavab

31 May 13:00 Sabah 1 500
“Öləcəyimlə bağlı söz verə bilərəm?” – “Qarabağ”la bağlı suala maraqlı cavab

Bu gün ölkə futbol ictimaiyyətinin gözləri Sumqayıtdakı stadiona dikiləcək.

Azərbaycan kubokunu qazanmaqda iddialı olan “Sabah” Premyer Liqanın qalibi adına sahiblənən “Qarabağ”la qarşılaşacaq.

İndiki məqamda favorit Ağdam təmsilçisi göstərilir. Lakin “tələbələr” klub tarixinin ilkini gerçəkləşdirib, kuboku başı üzərinə qaldırmaqda iddialıdır.

Matçdan əvvəl Sportinfo.az-a açıqlama verən slovakiyalı hücumçu Pavol Şafranko “Sabah”ın qələbə hədəfini gizlətməyib:

“Qarabağ” favorit göstərilə bilər. Lakin bir şeyi unutmayaq ki, meydanda 11 futbolçu 11 nəfərə qarşı mübarizə aparacaq.

Rəqibə böyük hörmətlə yanaşırıq. Zəngin avrokubok təcrübəsi var, növbəti dəfə çempion adını qazandı. “Qarabağ” həqiqətən layiqli və güclü rəqibdir.

Bununla belə, əllərimizi yanımıza salmaq fikrimiz yoxdur. Məqsədimiz kuboku qazanmaqdır.

Bunun üçün əvvəldən sona qədər mübarizə aparacağıq”. Slovakiyalı hücumçu “azarkeşlərə qələbə sözü verə bilərsən” sualına maraqlı cavabla yadda qalıb:

“Kiməsə bu gün öləcəyimlə bağlı söz verə bilərəm? Xeyr”.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti