
Vasili Berezutski ilə yollarını ayıran “Sabah” baş məşqçi axtarışındadır.
Masazır təmsilçisinin Takis Lemonislə danışıqlara başladığı bildirilir.
Tərəflərin artıq bir neçə gündür müzakirələr apardığı deyilir. 65 yaşlı yunanıstanlı mütəxəssisin Azərbaycanda işləməyə isti yanaşdığı da söylənilir.
Takis Lemonis məşqçilik karyerası ərzində yalnız bir dəfə ölkə xaricində işləyib. O, 2015-2016-cı illərdə Səudiyyə Ərəbistanının “Əl Riyad” klubunu çalışdırıb.
Çalışdırıcının qalan bütün karyerası isə Yunanıstanda və Kiprdə keçib. Onun sonuncu klubu 2017-2018-ci illər mövsümündə işlədiyi “Olimpiakos” olub. O, 7 ildir ki, işsizdir.
İddialara görə, Azərbaycan təmsilçisinin başqa namizədləri də var. 3-4 əcnəbi ilə danışıq aparan “Sabah” həftə ərzində qərarını verməlidir.
«Sabah»ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında yayılan xəbərlərə münasibət bildirib:
“Baş məşqçi təyinatı ilə bağlı müxtəlif iddiaların olması, müxtəlif məşqçilərin namizəd göstərilməsi normal haldır.
Bir neçə namizəd var. Yaxın günlərdə baş məşqçi təyinatı ilə bağlı klub olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək“.