Bəhlul Mustafazadə Danimarka klubuna keçir? - klubundan açıqlama

26 Yanvar 2021 18:00 Sabah 563
Bəhlul Mustafazadə Danimarka klubuna keçir? - klubundan açıqlama

Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Danimarkada davam etdirə bilər. Bu barədə adıçəkilən ölkənin mətbuatında xəbər yayılıb.

"Sabah"ın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bəli, Danimarkanın "Vayle" klubundan millimizin də üzvü olan müdafiəçi üçün təklif gəlib. Daha doğrusu Mustafazadəni icarəyə götürmək üçün müraciət edilib. Amma klublar arasında razılıq əldə olunmayıb.

Xatırladaq ki, bu barədə ilk olaraq Danimarkanın ekstrabladet.dk saytı məlumat yayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"