"Kəpəz"ə yuxarıdan-aşağı baxanda… - FOTOREPORTAJ

26 Yanvar 2021 09:40 Sabah 650
"Kəpəz"ə yuxarıdan-aşağı baxanda… - FOTOREPORTAJ

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu birinci hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Filip İvanoviç vurub.

İlk hissə bu hesabla başa çatıb. 68-ci dəqiqədə Gəncə təmsilçisi Samir Qurbanovun qolu ilə tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə Əli Səmədov 2-ci topu rəqibin qapısından keçirib.

Bu qələbə ilə adını 1/4 finala yazdıran "Kəpəz" növbəti mərhələdə "Keşlə" ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.

İlk oyun "ASK Arena"da, cavab görüşü isə Gəncə şəhər stadionunda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti