Əvvəlcə futbolçu, sonra stadiona toplaşanlar onları döymək istədi - Rayonda

30 Aprel 2024 19:20 Region Liqası 2 075
Əvvəlcə futbolçu, sonra stadiona toplaşanlar onları döymək istədi - Rayonda

AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. “Ərkivan” bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu