Lənkəran klubunun rəhbərindən ŞİKAYƏT VAR – Söz verib, pul vermir

7 Fevral 2023 13:00 Region Liqası 923
Lənkəran klubunun rəhbərindən ŞİKAYƏT VAR – Söz verib, pul vermir

«Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev verdiyi vədi yerinə yetirməyib.

Ötən ilin sentyabrında yaradılan klubun rəhbəri «Xəzər Lənkəran» Mərkəzi Stadionunda çalışan işçilərin əməkhaqqısını ödəmir.

Burada işləyənlər aylardır maaş ala bilmir.

Hacıyev vəsait əldə etməyə çətinlik çəkdiklərini bildirərək, personalın məvacibini vermir.

Pulsuz qalan əməkdaşlar stadionu öz mülkiyyətinə keçirmiş «Xəzər Lənkəran»FK-nın prezidenti Mais Mənsimova müraciət edib, di gəl, o da köməklik göstərməkdən yayınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”