
II Qarabağ Müharibəsi iştirakçılarından ibarət «Difai»FK ictimai diqqət mərkəzindədir.
Region Liqasında mübarizə aparan klubun nümayəndələri bu dəfə ARB kanalının qonağı olub.
«Günə doğru» verlişində komanda ilə bağlı geniş söhbət aparılıb.
«Difai»nin prezidenti, I Qarabağ İMüharibəsində ermənilərə qarşı döyüşmüş, qazi olmuş Asəf Məlikov klubun yaradılmasının səbəbləri barədə danışıb, bildirib ki, məqsəd Vətən savaşında əlinə silah alaraq vuruşmuş şəxslərin, qazilərin reablitasiya prosesini sürətləndirmək, idmanla daha yaxından məşğul olmasına şərait yaratmaqdır.
O, «Difai»nin çempionatda uğurla çıxış etməsinə vurğu yapıb, Avropa səhnəsində də Azərbaycanın idman şərəfini layiqincə qorumaq istədiklərini söyləyib.
SPORTİNFO.AZ