Azərbaycanda rayon komandası çempionatdan çıxarıldı

6 May 2022 19:20 Region Liqası 2 836
Azərbaycanda rayon komandası çempionatdan çıxarıldı

AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqası matçlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Sportinfo.az xəbər verir ki, iki oyunla bağlı sərt qərarlar qəbul olunub.

“Energetik”in futbolçusu Xəyal Əliyev “Cəbrayıl”la görüşdə hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalandırılıb.

“Sədərək” isə Region Liqasının növbəti turlarında iştirakdan imtina etdiyi üçün yarışdan xaric olunub.

Komanda çempionat oyunlarının 50 faizini keçirdiyi üçün qalan bütün qarşılaşmalarda ona 0:3 hesabı ilə məğlubiyyət verilir.

Digər Xəbərlər
Xəbər Lenti