Böyük futbol "Karvan" adı ilə Yevlaxa qayıdır?

8 Sentyabr 2021 23:20 Region Liqası 3 337
Böyük futbol "Karvan" adı ilə Yevlaxa qayıdır?

Yeni mövsümə oktyabrda start verilməsi planlaşdırılan Region Liqasında Yevlax təmsiçisi də olacaq.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Yevlaxda yaşayan iş adamlarının sayəsində bu mümkün olub. Məqsəd adıçəkilən bölgəni futbolsuz qoymamaqdır.

Artıq klub məşqlərə də start verib. Başlanğıc olaraq heyətə ancaq yerli uşaqlar cəlb olunub. Büdcə imkan versə, gələcəkdə kənardan 5-6 nəfərin də komandaya cəlb olunması planlaşdırılır.

Klubun adı isə hələ də dəqiqləşməyib. Səbəb yaradıcıların iki ad arasında qalmasıdır. Söhbət "Karvan" və "Yevlax-66" adlarından gedir.

Region Liqasında qeydiyat 20 sentyabr başa çatacaq.

Klub rəsmiləri ona kimi adla bərabər həll olunmalı digər kiçik problemləri də həll edəcəklərinə ümid edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi