"Psixoloji təzyiqi hiss etmirik, bir az soyuqqanlılıq çatmır"

25 Oktyabr 2020 10:40 Qəbələ 457
"Psixoloji təzyiqi hiss etmirik, bir az soyuqqanlılıq çatmır"

Azərbaycan Premyer Liqasında VII tura start verilib.

“Qəbələ” I dövrənin son turunda “Səbail”lə qarşılaşıb.

Komandalar oyuna Dağlıq Qarabağda baş verən hadisələrdə Ordumuza dəstək nümayiş etdirən “Kənd-kənd, şəhər-şəhər, qələbəyə doğru evimizə gəlirik” pankartı ilə çıxıb.

“Qırmızı-qaralar” ev oyununa ötən turla müqayisədə bir dəyişikliklə başlayıb. Rövlan Muradov yenidən start “11-liy”ində yer alıb. O, Asif Məmmədovu əvəzləyib.

Qarşılaşmaya fəal başlayan komandamız erkən qola imza atıb. Cərimə meydançasına ötürmədən sonra Ceyms Adeniyi topu Yurgen Qoxanın önünə ünvanlayıb.

Albaniyalının zərbəsi dəqiq olub. Bu, legionerin “Qəbələ”də ilk qolu olub. Buraxılan qoldan sonra paytaxt təmsilçisi fəallığı xeyli artırıb və görüş qarşılıqlı hücumlarla davam edib.

Hissənin ortalarında “Qəbələ” fərqi artırmaq imkanı əldə edib. Cərimə meydançasına daxil olan Ceyms Adeniyi iki rəqibin əhatəsindən qapını nişan alıb.

Lakin qapıçı çətinliklə də olsa, topu dəf edib. Merab Qiqaurinin yaddaqalan zərbəsini də qolkiper tutub. Az sonra qonaqların hücumu Hendrik Ekşteynin qolu ilə başa çatıb – 1:1. Fasiləyədək komandalar hesabı dəyişə bilməyib.

İkinci hissəyə daha fəal başlayan “Səbail” üstünlüyə yiyələnib. “Qəbələ”nin əks-hücumları təhlükəli alınıb. Rafael Utziq iki epizodda əlverişli mövqedə olsa da, hücumu dəqiq zərbə ilə tamamlaya bilməyib.

Rövlan Muradovla Ceyms Adeniyinin zərbələri istənilən kimi alınmayıb. Qonaqların hücumları zamanı Anar Nəzirov bir neçə dəfə ustalığını nümayiş etdirib.

75-ci dəqiqədə Ceyms Adeniyi əlverişli imkan qazanıb. Nigeriyalının qapıçı meydanının önündən endirdiyi baş zərbəsindən sonra top qapının üstündən keçib.

Ardınca Rövlan Muradov cərimə meydanı daxilindən çərçivəni nişan alıb. Son dəqiqələrdə Ülvi İsgəndərovun qüvvətli zərbəsini rəqib qolkiper dəf edib. Beləliklə, “Qəbələ” mövsümdə 5-ci heç-heçəsini edib – 1:1.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi: “Fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam.

Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq.

Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa, deməli, hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır.

İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. Ilk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyun bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.

“Qəbələ” – “Səbail” 1:1

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev

Dördüncü hakim: Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Merab Qiqauri, 85 (qeyri-idman hərəkəti); // Peyman Keşavarzi, 70 (qeyri-idman hərəkəti); Elçin Rəhimli, 86 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 78 (hakimin qərarına etiraz)

Qollar: Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

28. Murad Musayev

99. Ceyms Adeniyi

(70. Ülvi İsgəndərov, 82)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

(74. Yusif Nəbiyev, 78)

2. Vinko Medimoreç

23. Rafael Utriq

(14. Cavid Hüseynov, 65)

10. Rövlan Muradov

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

11. Asif Məmmədov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

22. Rodriqo Qattas

26. Stefan Vukçeviç

71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”

96. Nikolas Hagen

17. Elçin Rəhimli

5. Vüqar Bəybalayev

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

(28. Məqsəd İsayev, 81)

11. Rauf Əliyev

(29. Amil Yunanov, 76)

27. Hendrik Ekşteyn

16. Peyman Keşavarzi

9. Florian Kadriu

(20. Ruslan Hacıyev, 89)

3. Turan Manafov

99. Bahadur Həziyev

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

7. Mirsahib Abbasov

19. Elgün Nəbiyev

22. Əfran İsmayılov

2. Arsen Ağcabəyov

Baş məşqçi: Aftandil Hacıyev

Digər Xəbərlər
Xəbər Lenti