Sponsoru Bakıdakı otellərinin qapısını "Qəbələ"nin üzünə bağladı

18 Oktyabr 2020 21:00 Qəbələ 1 222
Sponsoru Bakıdakı otellərinin qapısını "Qəbələ"nin üzünə bağladı

«Gilan Holdinq»in tərkibinə daxil olan və Bakıda fəaliyyət göstərən otellər şəbəkəsi «Qəbələ» ilə əməkdaşlığını dayandırıb.

Əyalət təmsilçisinin komandaları əvvəllər buradan pulsuz istifadə edə bilirdisə, bu, artıq mümkün deyil.

Şirkət təsisçilik hüququnu özündə saxlasa da, indi «qırmızı-qaralar»dan ödəniş tələb edir.

14 illik ənənənin pozulması «Gilan»ın özünün maliyyə dayaqlarının zəifləməsi ilə əlaqədardır.

Koronavirus pandemiyası holdinqin bu sektor üzrə fəaliyyət göstərən müəssisələrinə ciddi ziyan urub. Üstəlik, Bakıdakı otellərin demək olar hamısı aylardır qapalı rejimli xəstəxanalara çevrilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti