"Ömrü boyu unutmayacağım tənbeh idi" - "Qəbələ"nin sabiq baş məşqçisi

14 Oktyabr 2020 18:20 Qəbələ 1 430
"Ömrü boyu unutmayacağım tənbeh idi" -

"Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin maraqlı uşaqlıq illərindən maraqlı xatirə danışıb.

Sportinfo.az "çempionat"a istinadən xəbər verir ki, son olaraq "Lokomotiv"in baş məşqçi postundan istefaya göndərilən rus mütəxəssis belə deyib: "7 və ya 8-ci sinifdə oxuyurdum. Məktəbdə tədbir var idi. Kimsə çaxır gətirmişdi. Bütün uşaqlar içdi. Vəziyyət yaxşı olmadı. Evdə atam içdiyimi anladı və məni kəmərlə yaxşıca döydü. Kürəyimdən kəmərin izləri uzun müddət getmədi. Ömür boyu unutmayacağım tənbeh idi. Üstəlik, düz 1 ay məşqlərə də buraxmadılar".

Digər Xəbərlər
Xəbər Lenti